Bank Of Baku

“Azərbaycan Mikro-Kredit BOKT” ötən ili zərərlə başa vurub - Hesabat

“Azərbaycan Mikro-Kredit BOKT” ötən ili zərərlə başa vurub - Hesabat
# 31 may 2024 16:05 (UTC +04:00)

“Azarbaycan Mikro-Kredit” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Azarbaycan Mikro-Kredit” BOKT 68.7 min manat zərər edib. 2022-ci ildə təşkilat 327.7 min manat zərər açıqlamışdı.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri 2.4 dəfə artaraq 2 milyon 316.7 min manat, haqq və komissiya gəlirləri 4 dəfə artaraq 467.2 min manat, digər gəlirləri 2.5 dəfə artaraq 149.2 min manat, inzibati və digər əməliyyat xərcləri isə 88% artaraq 3 milyon 66 min manat təşkil edib. Beləliklə ötən il təşkilat 57.5 min manat əməliyyat zərəri edib ki, bu göstərici əvvəlki ildə 413.7 min manata bərabər idi.

Ötən il BOKT-un cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 2.1 dəfə və ya 9 milyon 487.8 min manat artaraq 17 milyon 996.2 min manat olub. Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 2.3 dəfə artaraq 16 milyon min manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin altivlərdəki payı 81%-dən 89.2%-ə yüksəlib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 2.3 dəfə və ya 9 milyon 556.5 min manat artaraq 16 milyon 954.8 min manata bərabər olub. BOKT-un borc alınmış vəsaitləri isə 2.4 dəfə artaraq 15 milyon 759 min manat təşkil edib.

2024-cü il yanvar ayının 1-nə “Azarbaycan Mikro-Kredit” BOKT -un cəmi kapitalı 1 milyon 41.4 min manata bərabər olub ki, bu da illik müqayisədə 6.2% azdır.

Qeyd edək ki, ötən il təşkilatın nizamnamə kapitalı 432 min manat azalaraq 1 milyon 732 min manat təşkil edib. Bu dövrdə BOKT-un yığılmış zərəri isə 680.6 min manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR