Azərbaycandakı TSEK-lər birləşdirilə bilər

Azərbaycandakı TSEK-lər birləşdirilə bilər
# 15 sentyabr 2015 13:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) birləşdirilə bilər.

"APA-Economics"in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.

S. Müslümov sözlərinə görə, bu proses gələcək 5 ildən sonra baş verə bilər: "Belə ki, hər-hansı rayonda bir TSEK saxlanılmaqla, digər yaxınlıqda yerləşən TSEK-lər ona birləşdiriləcək. Beləliklə, həmin TSEK regionda yerləşən rayonların sakinlərinə də xidmət göstərəcək"

Onun sözlərinə görə, bu prosesdə ixtisar rəhbərlər şəxslər arasında baş tutacaq: "Çünki TSEK-lərdə mütəxəssislərin işi daha çoxdur. Onların ixtisar olunması işi çətinləşdirə bilər".

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 38 TSEK fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR