Ermənistan və Rusiya hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında müqavilə imzalamağa hazırlaşır

Ermənistan və Rusiya hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında müqavilə imzalamağa hazırlaşır
# 09 dekabr 2014 15:48 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ermənistan və Rusiya "Qafqaz kollektiv təhlükəsizlk regionunda vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında" müqavilə layihəsini müzakirə edir. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, iki ölkə müdafiə nazirliklərinin ekspertləri 9-11 dekabr tarixlərində müqavilə layihəsinin yekun variantını razılaşdırmaq üçün birgə iş aparacaqlar.

Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, iki ölkə hərbi ekspertlərinin görüşləri 2014-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR