ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib

ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib
# 16 iyul 2015 21:49 (UTC +04:00)

Bakı-APA. ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Bill Killian bildirib.

Məlumata əsəsən, atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusunu qətlə yetirən şəxsin Çattanuqa sakini Məhəmməd Yusif Əbdüləziz olması müəyyən edilib.

Hazırda Federal Təhqiqatlar Bürosu hadisə ilə bağlı mətbuat konfransı keçirir.

Qeyd edək ki, hərbçilərə hücum edən şəxs məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR