Ali Rada Donbasda hərbi əməliyyatın aparılmasına əlavə 239 mln dollar ayırıb

Ali Rada Donbasda hərbi əməliyyatın aparılmasına əlavə 239 mln dollar ayırıb
# 18 iyul 2015 03:40 (UTC +04:00)

Bakı-APA. Ukrayna Ali Radası Donbasda hərbi əməliyyatın aparılmasına əlavə 239 mln dollar ayırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Ukrayna 112” telekanalı məlumat yayıb.

Məlumata görə, qanun layihəsi 2015-ci ilin büdcəsində müdafiə xərclərinin artırılmasını nəzərdə tutur. Qərarın qəbul olunmasını 227 deputat dəstəkləyib.

Səfərbərlik ilə əlaqədar tədbirlərin davam etdirilməsi üçün Müdafiə Nazirliyinə əlavə 231 min dollar ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR