Turizm şirkətlərinin Azərbaycan vətəndaşlarının xaricdəki ziyarətgahlara turlarını təşkil etməsi üçün Dövlət Komitəsinin rəyi tələb olunacaq

Turizm şirkətlərinin Azərbaycan vətəndaşlarının xaricdəki ziyarətgahlara turlarını təşkil etməsi üçün Dövlət Komitəsinin rəyi tələb olunacaq
# 17 may 2015 09:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə yerləşən ziyarətgahlara turlarını nəzərdə tutan turizm fəaliyyəti ilə bağlıdır.

Bundan sonra xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR