Kiyev antiterror əməliyyatı zonasında silahların geri çəkilməsinə başladığını elan edib

Kiyev antiterror əməliyyatı zonasında silahların geri çəkilməsinə başladığını elan edib
# 04 oktyabr 2015 03:04 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə antiterror əməliyyatın mətbuat mərkəzi məlumat yayıb.

“Ukrayna hərbçiləri ATƏT missiyasının nümayəndələri ilə təmas xəttindən azı 15 km geri çəkiləcək silahların siyahısını tərtib etməyə başlayıb”, deyə məlumatda bildirilir.

Silahların geri çəkilməsi 41 sutka davam edəcək. Söhbət tək 100 mm-dən az kalibrli silahlardan deyil, həmçinin tanklar və minaatanlardan da gedir.

Silah və texnikanın geri çəkilməsi Minsk sazişləri ilə razılaşdırılmış müddət ərzində mərhələləri şəkildə beynəlxalq müşahidəçilərin tam nəzarəti və atəşkəs rejiminə riayət olunması şəraitində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR