"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması qaydası"na dəyişiklik edilib

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması qaydası"na dəyişiklik edilib
# 01 may 2013 07:26 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması qaydası"na dəyişiklik edib. NK-dan APA-ya verilən xəbərə görə, dəyişiklik "İcbari sığortalar haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə edilib.

Dəyişikliyə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması qaydası"nın 4.1-ci bəndindən "nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı" sözləri çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR