Belarus Milli Teleradio Şirkətinin saytında Birinci Avropa Oyunlarının əhəmiyyəti barədə yazı dərc olunub

Belarus Milli Teleradio Şirkətinin saytında Birinci Avropa Oyunlarının əhəmiyyəti barədə yazı dərc olunub
# 09 iyun 2015 07:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Milli Teleradio Şirkətinin saytında (tvr.by) Azərbaycan paytaxtında keçiriləcək Birinci Avropa Oyunlarının əhəmiyyəti barədə yazı dərc olunub.

APA-nın məlumatına görə, yazıda 20 idman növü üzrə 6000-dən artıq atletin mübarizə aparacağı Oyunlarda Belarusun 150 idmançı ilə təmsil olunacağı qeyd edilir. Məlumat verilir ki, bu ölkənin nümayəndə heyətinin ilk qrupu iyunun 10-da Bakıya gələcək və yola salma mərasimi İdman Sarayında təşkil ediləcək. “Bakı-2015” Birinci Avropa Oyunlarının həm də, Rio-2016 Yay Olimpiadasına hazırlıq baxımından böyük əhəmiyyəti vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR