Benilüks ölkələrində yaşayan azərbaycanlılar Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qətnaməsinə etiraz ediblər

Benilüks ölkələrində yaşayan azərbaycanlılar Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qətnaməsinə etiraz ediblər
# 17 aprel 2015 12:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Benilüks ölkələrində (Belçika, Lüksemburq və Niderland) yaşayan azərbaycanlılar etiraz bəyanatı qəbul ediblər.

Beniluks Azərbaycanlıları Konqresindən (BAK) APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Vatikanın ardınca aprelin 15-də Avropa Parlamentinin erməni uydurmasını dəstəkləyərək bununla bağlı qətnamə qəbul etməsi 24 aprel tarixinin Avropada “erməni soyqırımı” kimi qeyd olunmasını təşviq edir və bu, Azərbaycanla Türkiyəyə qarşı planlaşdırılmış təxribatdır.

Bəyanatda qeyd olunur ki, həmişə insan hüquqlarının müdafiəçisi, sülhün təbliğatçısı kimi çıxış edən Avropa Parlamenti ikili standartlara yol verərək tarixi təhrif edib və Roma Papasının Vatikanda yandırdığı qığılcımı Avropanın siyasi paytaxtı Brüsseldə alovlandırıb: “İllərdir Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsini Avropa Parlamenti və digər Avropa institutlarından tələb edən Benilüks Azərbaycanlıları Konqresində cəmləşən azərbaycanlılar 15 aprel qətnaməsindən çox sarsılıblar. Biz bu qətnamənin lehinə səs verən parlamentarilərin addımlarını qəbuledilməz hesab edirik, bunu pisləyirik”.

Bəyanatın mətni Vatikanın Benilüks ölkələrindəki nümayəndəliklərinə, Avropa Parlamentinə, Avropa Komissiyasına, Avropa Şurasına və eyni zamanda Avropa Parlamentinin 751 üzvünə rəsmi məktub olaraq göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR