Azərbaycanın sığorta bazarı bu ilin birinci yarısında 14%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı bu ilin birinci yarısında 14%-dən çox böyüyüb
# 23 iyul 2015 07:35 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ilin I yarısında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 mln. manat sığorta haqqı toplanıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov ənənəvi keçirilən brifinqdə bildirib.

O. Bayramov bildirib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 14,3% çoxdur.

"Yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər 92,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur", - deyə ASA rəhbəri qeyd edib.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR