Azərbaycan bir il ərzində təbii qaz və elektrik enerjisi ixracını dəfələrlə azaldıb

Azərbaycan bir il ərzində təbii qaz və elektrik enerjisi ixracını dəfələrlə azaldıb
# 18 mart 2015 09:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-fevral ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələri əsasında 33 621,02 min ABŞ dolları dəyərində 238 433,41 min kubmetr təbii qaz ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azdır. Məbləğ dəyərində isə bu rəqəm 3,23 dəfə azdır.

Bu ilin iki ayı ərzində 1 931,96 min dollar dəyərində 37 231,19 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 4,2 dəfə azdır. Məbləğ dəyərində isə bu rəqəm 3,7 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR