Azərbaycan Daxili Qoşunlarının komandanı Türkiyə Jandarm Qüvvələrinin zabitlərini mükafatlandırıb - FOTO

Azərbaycan Daxili Qoşunlarının komandanı Türkiyə Jandarm Qüvvələrinin zabitlərini mükafatlandırıb - <span style="color: red;">FOTO
# 21 iyul 2014 17:51 (UTC +04:00)

Bakı-APA. İyulun 18-də Türkiyə Jandarm Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan daha bir heyətinin fəaliyyət müddəti başa çatıb. Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov heyətlə görüşüb.

General-mayor Ş.Məmmədov xidməti ezamiyyətini başa vurmuş qoşunların hərbi hissələrində çalışmış 9 türkiyəli zabitdən ibarət müəllim heyətinə göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.

Cənab komandan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış protokoldan danışaraq, iki qurum arasındakı sıx “əsgəri qardaşlıq” münasibətlərinin günü-gündən dərinləşdiyini vurğulayıb. Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını xatırladan Daxili Qoşunların komandanı qardaş Türkiyənin Jandarm təşkilatının Azərbaycanın DİN-nin Daxili Qoşunlarına təlim-tədris sahəsində göstərdiyi köməkliyin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

Türkiyəli müəllim heyəti onlara göstərilən diqqətə görə Daxili Qoşunların komandanına öz dərin minnətdarlığını ifadə edib. Xidməti fəaliyyət müddətində qardaş münasibətini hiss etdiklərini deyən heyət üzvləri Daxili Qoşunlara daima köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

Görüşün sonunda general-mayor Ş.Məmmədov Jandarm Qüvvələrinin zabitlərini “Fərman"la mükafatlandırıb və xatirə şəkli çəkdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR