Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb
# 05 mart 2015 07:58 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Bərgüşad kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Orucov Şaiq Həsən oğlu qoşqulu traktorunu arxaya verərkən ehtiyatsızlıq nəticəsində həmkəndlisi 1968-ci il təvəllüdlü Həmidov Eyvaz Ağamalı oğlunu vurub. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi Ucar Rayon Polis şöbəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR