FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb
# 28 aprel 2015 02:41 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi Bakının Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 310 kv.m olan 2 mərtəbəli mansard tipli su satış məntəqəsinin yanar konstruksiyaları 255 kv.m sahədə və ona bitişik ümumi sahəsi 54 kv.m olan avtomobil yuma sexinin çayxana kimi fəaliyyət göstərən mansardı 54 kv.m sahədə yanıb. Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR