Elmin İnkişafı Fondu jurnalistlər arasında müsabiqə keçirəcək

Elmin İnkişafı Fondu jurnalistlər arasında müsabiqə keçirəcək
# 01 fevral 2013 12:02 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Jurnalistlər arasında müsabiqə keçirmək Elmin İnkişafı Fondunun gələcək planlarında var”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib.

O deyib ki, Fondun qarşıya qoyduğu strateji məqsədlərdən biri də elmin kütləviləşdirilməsi, populyarlaşdırılması sahəsində qrant müsabiqələrinin dəstəklənməsidir: “Bu sahədə fəaliyyət göstərən jurnalistləri gələcəkdə dəstəkləməyə məmuniyyətlə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR