Ukrayna səfirliyi: “Vladimir Aryevin Azərbaycanla bağlı fikirləri onun şəxsi mövqeyidir”

Ukrayna səfirliyi: “Vladimir Aryevin Azərbaycanla bağlı fikirləri onun şəxsi mövqeyidir”
# 26 iyun 2015 15:37 (UTC +04:00)

Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Ukrayna Ali Radasının (parlament) üzvü, AŞPA vitse-prezidenti Vladimir Aryevin mətbuatda yer alan Azərbaycan hakimiyyəti ilə bağlı çıxışları onun şəxsi mövqeyidir və Ukraynanın Azərbaycana münasibətini ifadə etmir.


“Rəsmi Kiyev iki ölkə arasında mövcud strateji tərəfdaşlıq kursunun gücləndirilməsini dəstəkləyir. Ukrayna tərəfi onun suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirir. Öz növbəsində, rəsmi Kiyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq səviyyədə həllinin xeyrinə çıxış edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR