“Expressbank” “SmileCard” sahibləri üçün “28 Mall”da aksiya keçirir

“Expressbank” “SmileCard” sahibləri üçün “28 Mall”da aksiya keçirir
# 16 iyul 2015 09:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Expressbank” müqəddəs Ramazan bayramı münasibəti ilə “28 Mall” ticarət mərkəzində “SmileCard” sahibləri üçün aksiya təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 17–20 iyul tarixlərində “28 Mall”da “SmileCard”la xərclənən məbləğin 2%-i karta geri qayıdacaq.

Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən “SmileCard”ı “Expressbank” filiallarında dərhal əldə edə bilərlər. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.

Qeyd edək ki, istifadə olunan məbləğ ödənildikdə, yenidən kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

“SmileCard” ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Tərəfdaşların yenilənmiş siyahısı ilə saytda tanış ola bilərsiniz-

http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_09.07.2015.pdf .

Qeyd edək ki, “Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR