Lənkəran sakini qonşusunu qətlə yetirib

Lənkəran sakini qonşusunu qətlə yetirib
# 27 aprel 2015 11:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Lənkəranda qətl törədilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Şamama Fərəcovanın evində qonşusu Vurğun Əlizadə münaqişə zəminində ona bıçaqla xəsarət yetirib və nəticədə Ş.Fərəcova hadisə yerində ölüb.

V.Əlizadə könüllü olaraq polisə gələrək təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR