Kasko sığortası üzrə yığımlar 33% azalıb, ödənişlər isə 3% artıb

Kasko sığortası üzrə yığımlar 33% azalıb, ödənişlər isə 3% artıb
# 18 dekabr 2014 11:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, bu növ sığorta üzrə yığımlar 10,3 dəfə artaraq 1,2 mln. manat təşkil edib. Artımın dinamikasına görə 2-ci yeri kənd təsərrüfatı heyvanlarının sığortası tutub. Bu sığorta növündə toplanan sığorta haqqı 4,3 dəfə artaraq 1,95 mln. manata çatıb.

Sığorta yığımlarının məbləği həyatın ölüm halından sığortasında 3 dəfədən çox artaraq 15,3 mln. manat, həyatın yaşam sığortasında 36,2% artaraq 48,6 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 2,5 dəfə artaraq 343 min manat, fərdi qəza və xəstəlik sığortasında 0,9% artaraq 9,95 mln. manat, tibbi sığortada 7,4% artaraq 61,3 mln. manat, səyahət sığortasında 12,3% artaraq 1,96 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 19,9% artaraq 27,6 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 31,5% artaraq 16,1 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 11,2% artaraq 370 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 92,5% artaraq 145 min manat təşkil edib.

11 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığım 54,6% azalaraq 867 min manata düşüb. Azalmanın dinamikasına görə 2-ci yeri işçilərin dələduzluğu sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 43,7% azalaraq 567 min manat təşkil edib.

Əmlakın yanğından və digər risklərdən sığortası 25,7% azalaraq 30,4 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 0,6% azalaraq 64,8 mln. manat, kasko sığortada isə 33,4% azalaraq 34,5 mln. manat təşkil edib.

Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 111 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri kreditlərin sığortası tutub. Bu sığorta növü üzrə ödəniş 12,7 dəfə artaraq 73 min manat olub.

Həyatın ölüm halından sığortası üzrə ödənişlər 5,2 dəfə artaraq 1,13 mln. manat, həyatın yaşam sığortasında 10,9 dəfə artaraq 23,6 mln. manat, fərdi qəza və xəstəlik sığortasında 9,7% artaraq 1,4 mln. manat, tibbi sığortada 5,4% artaraq 44,2 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər 2,5 dəfə artaraq 7,15 mln. manat, kasko sığortasında 2,9% artaraq 25,8 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 85,4% artaraq 2,1 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 39,4% artaraq 1,8 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 15,4% artaraq 27,2 mln. manat təşkil edib.

Sığorta ödənişləri üzrə ən çox azalma isə işçilərin dələduzluğu sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 100% azalıb. Azalmanın dinamikasına görə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası tutub. Bu sığorta növü üzrə ödəniş 70,5 dəfə azalaraq 8 min manata düşüb. Səyahət sığortası üzrə ödəniş 12,6% azalaraq 239 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR