Bakıda avtomobilləri qəsdən yandıran şəxs tutulub

Bakıda avtomobilləri qəsdən yandıran şəxs tutulub
# 09 iyul 2015 10:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda avtomobilləri qəsdən yandıran şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Qaraçuxur qəsəbəsində Malik Əliyevə, Oqtay İzətullayevə, Leyla Kərimovaya və “Socar Cape” şirkətinə məxsus avtomobilləri qəsdən yandıran Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Xuduşov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR