Nüvə enerjisi üzrə mütəxəssis: “Hər bir ölkə nüvə enerjisindən istifadə edərkən məsuliyyət daşımalıdır”

Nüvə enerjisi üzrə mütəxəssis: “Hər bir ölkə nüvə enerjisindən istifadə edərkən məsuliyyət daşımalıdır”
# 03 oktyabr 2014 09:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. “1986-cı ildə Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında partlayış baş verdikdən sonra dünyada nüvə enerjisinin istifadə olunmasında yeni dönəm başladı. Yeni investisiya mənbələri və qurğularının tikilməsi, yeni mütəxəssislər və biliklərə ehtiyac yarandı”. APA-nın xəbərinə görə, bunu IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi İvan Videnoviç deyib.

İ. Videnoviç bildirib ki, ümumilikdə 2006-2011-ci illərdə nüvə enerjisi sahəsi intibah dövrü keçirib, dünyada yeni nüvə reaktorlarının əldə olunması üçün 23 lisenziya qəbul olunub: “Hazırda dünyada 437 nüvə reaktoru var, 30 ölkə isə nüvə müəssisəsinə malikdir. İki ölkədə nüvə müəssisələri tikilmə mərhələsindədir”.


İ. Videnoviç qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesablamalarına əsasən gələcəkdə 55 ölkə nüvə reaktorundan istifadə edəcək: "Hazırda ABŞ, İspaniya, Hindistan, Braziliya, Argentina nüvə enerjisindən fəal istifadə edir”.


Nüvə enerjisi üzrə mütəxəssis qeyd edib ki, hər bir ölkə nüvə enerjisindən istifadə edərkən məsuliyyət daşımalıdırlar. Bu enerji növü sülh və təhlükəsizlik məqsədilə istifadə edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR