“ExpressPay” ödəniş terminallarına “Ailə TV” və “Ailə Net” üzrə ödəmələr əlavə olunub

“ExpressPay” ödəniş terminallarına “Ailə TV” və “Ailə Net” üzrə ödəmələr əlavə olunub
# 23 oktyabr 2014 13:34 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “ExpressPay” ödəniş terminallarına Ailə TV rəqəmsal yayımlı kabel televiziyası və Ailə Net İnternet provayderi üzrə ödəmələri əlavə olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “Bakcell” və “NarMobile” mobil operatoru, AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, Azərsu, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər və digərləri nəzərdə tutulub.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və 100-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR