Azərbaycan parataekvondoçuları Avropa çempionatında 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar

Azərbaycan parataekvondoçuları Avropa çempionatında 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
# 21 aprel 2015 08:36 (UTC +04:00)

Bakı – APA. Moldovanın paytaxtı Kişinyovda keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 4-cü dəfə təşkil olunan yarışda Azərbaycan millisi 7 medal qazanıb.

Komandamızın heyətində Rövşən Qəhrəmanlı (61 kq), Nicat Müslümov (75 kq) və Aleksandr Polişuk (+75 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, Avropa çempionu adına layiq görülüblər. Yalnız finalda uduzan Namiq Abbasovla (61 kq) və Röyalə Fətəliyeva (49 kq) gümüş medalla kifayətləndikləri halda, Anar Hüseynov (61 kq) və Vüqar Adışirinov (+75 kq) 3-cü yeri tutublar.

Millimiz kişilər və ümumi komandalar arasında 3-cü olub. Parataekvondoçularımız vətənə sabah qayıdacaq.

Qeyd edək ki, yarışda 15 ölkənin yığması mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR