Amerika fond bazarlarında əksər səhmlər bahalaşıb

Amerika fond bazarlarında əksər səhmlər bahalaşıb
# 15 aprel 2015 06:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,33% - 18 036,70 bəndədək, S&P 500 0,16% - 2 095,84 bəndədək artıb, NASDAQ 0,22% - 4 977,29 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,16% - 7 075,26 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,90% - 12 227,60 bəndədək, Fransa CAC-40-ı 0,69% - 5 218,06 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,05% - 19 899,23 bəndədək, Hang Seng 0,08% - 27 540,28 bəndədək, Shanghai 1,11% - 4 089,52 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,90 dollar azalaraq 1 190,70 dollara, gümüş isə 0,04 dollar ucuzlaşaraq 16,13 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR