Cəmil Çiçək: “Türkiyə qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə kimin iştirak edəcəyini müəyyənləşdirir”

Cəmil Çiçək: “Türkiyə qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə kimin iştirak edəcəyini müəyyənləşdirir”
# 15 aprel 2015 12:50 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək TASS agentliyində keçirdiyi mətbuat konfransında çıxış edib.

O, Moskvadan prezident səviyyəsində dəvət aldıqlarını, mövzu ilə bağlı dəyərləndirmənin davam etdirildiyini bildirib: “Mənim səfərim də 9 may Qələbə günü kimi tarixi günlərin n olduğu bir dönəmdə gerçəkləşir. Prezidentimiz də bu tədbirlərə dəvət olunub. Bunu dəyərləndiririk. 24 apreldə Çanaqqala zəfərinin 100-cü ildönümüdür. Keçirəcəyimiz tədbirlərdə çox vacib şəxslər iştirak edəcək. Biz də Rusiyadan prezident və digər rəsmiləri dəvət etmişik”.

C. Çiçək Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə Rusiyadan iştirakın gözlədikləri səviyyədə olacağına ümid etdiklərini bildirib.

Qeyd edək ki, dünən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan tədbirə qatılacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR