Şamaxı, Yevlax və Masallıda ev yanıb

Şamaxı, Yevlax və Masallıda ev yanıb
# 01 iyul 2015 18:17 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Qızmeydan kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 1 otağı və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 49 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Qızılavar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR