“Ağıllı tədris otağı” layihəsi üzrə İKT avadanlığı ilə təmin olunmuş tədris otağının açılışı olub

“Ağıllı tədris otağı” layihəsi üzrə İKT avadanlığı ilə təmin olunmuş tədris otağının açılışı olub
# 19 sentyabr 2014 08:42 (UTC +04:00)

Bakı. Güllnar Bəşirova - APA. Bu gün Bakıdakı 23 nömrəli tam orta məktəbdə “Ağıllı tədris otağı” layihəsi çərçivəsində İKT avadanlığı ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in və Koreyanın “SK Telekom” şirkətinin nümayəndələri iştirak ediblər.

23 nömrəli tam orta məktəbdə yaradılmış tədris otağı 30 planşet, 1 proyektor 1 desktop server və 1 noutbukla təchiz olunub. Ağıllı tədris otağında dərs deyən müəllimlər “Micrasoft Azərbaycan” şirkətinin “1 şagird: 1 kompüter” modeli üzrə təlimdən keçib.

“Microsoft Azərbaycan” şirkəti layihə çərçivəsində təqdim olunana avadanlığın müvafiq proqramlar ilə təmin edib. Bununla yanaşı Təhsil Nazirliyi təqdim olunmuş elektron versiya əsasında 6-cı sinif şagirdləri üçün nümunə kimi ingilis dili rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramova nazirlik adından layihəni ölkədə reallaşdıran “ SK Telekom” şirkətinə və Sunqşin Universitetinə təşəkkürünü bildirib.

C. Bayramov deyib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR