Poroşenko: “Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinası haqqında qanun layihəsini parlamentə təqdim edəcəyəm”

Poroşenko: “Ukraynanın bloklara qoşulmayan ölkə statusundan imtinası haqqında qanun layihəsini parlamentə təqdim edəcəyəm”
# 17 dekabr 2014 14:58 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko bunu Polşa parlamentində çıxışında açıqlayıb.

“Avropada sabitliyin və siyasi tarazlığın dağıldığı bir dövrdə biz təhlükəsizliyimizin birgə təminatı üçün yeni vasitələr axtarmalıyıq”, - deyə Ukraynanın dövlət başçısı söyləyib. Bu məqsədlə o, Ali Radaya qanun layihəsi təqdim edəcəyini bəyan edib: “Ukraynaya qayıdan kimi, bloklara qoşulmayan ölkə statusundan imtinanı nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəyəm”.

Xatırladaq ki, Ukrayna Viktor Yanukoviçin prezidentliyi dövründə NATO-ya inteqrasiyadan imtina edərək özünü bloklara qoşulmayan ölkə elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR