TBMM sədri: “Soyqırım məsələsindən ən çox Ermənistan zərər görür” - FOTO

TBMM sədri: “Soyqırım məsələsindən ən çox Ermənistan zərər görür” - <span style="color: red;">FOTO
# 15 aprel 2015 12:24 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Soyqırımı iddialarından ən çox Ermənistan zərər görür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində keçirdiyi mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib. O bildirib ki, Ermənistanın 1915-ci il hadisələri ilə bağlı soyqırımı iddialarını irəli sürməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına imkan vermir: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı 2009-cu ildə protokollar imzalandı. Təəssüflər olsun ki, Ermənistan bu protokolları parlament gündəmindən geri çəkdi. Ermənistan Konstitusiya Məhkəməsi də bu protokolları əngəlləyən bir qərar çıxardı. Türkiyə parlamentində isə bu məsələ hələ də var. Protokollar eyni vaxtda ratifikasiya ediləcəkdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR