Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb - VİDEO

Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 29 aprel 2015 07:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Şabran rayonunda yaşayış evi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Şabran rayonu, Ağalıq kəndində (rayon mərkəzindən 20 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaqlı (mərtəbələr arası və dam örtüyü qamışdan ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı yaşayış evləri və köməkçi tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR