Bakı-2015: Rusiya Avropa Oyunlarına 360 idmançı ilə gəlir

Bakı-2015: Rusiya Avropa Oyunlarına 360 idmançı ilə gəlir
# 21 may 2015 08:52 (UTC +04:00)

Bakı – APA. Rusiya millisi iyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunları üçün heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ölkəmizə ən böyük heyətlə şimal qonşularımız gələcəklər.

Belə ki, rusiyalılar ilk Avropa Oyunlarına 360 idmançı ilə qatılacaqlar. Onlar yarışın proqramında yer alan 20 idman növündən 19-da təmsil olunacaqlar. Şimallılar yalnız III dəstə komandalarının iştirak edəcəyi atletikada qüvvələrini sınamayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR