Malena Mard: “Əminəm ki, gündəlikdə olan bəzi məsələləri müzakirə etmək üçün dialoqa yaxşı imkan var”

Malena Mard: “Əminəm ki, gündəlikdə olan bəzi məsələləri müzakirə etmək üçün dialoqa yaxşı imkan var”
# 16 sentyabr 2015 07:09 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Avropa Parlamentinin qərarı hazırda Avropa İttifaqının bir sıra paytaxtlarında öyrənilir: “Lakin biz Azərbaycanla əməkdaşlıq edə biləcəyimiz sahələri də görməyə çalışırıq. Təbii ki, bu qətnamə Azərbaycan tərəfinin böyük diqqətinə səbəb oldu, Avropa Parlamenti haqqında güclü sözlər deyildi. Lakin mən əminəm ki, gündəlikdə olan bəzi məsələləri müzakirə etmək üçün dialoqa yaxşı imkan var”.

M. Mardın sözlərinə görə, Avropa İttifaqının komissarı Maroş Şevçoviç də açıq şəkildə Azərbaycanın enerji sahəsində ən vacib tərəfdaşlardan biri olduğunu və belə qalacağını bildirib: “Cənub Qaz Dəhlizi bizim üçün prioritet olaraq qalır. Bu, o deməkdir ki, bizim enerji sahəsindəki əməkdaşlığımız Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və düşünmürəm ki, uzunmüddətli perspektivdə hər hansı dəyişiklik olsun. Biz Azərbaycanla Cənub Qaz Dəhlizi layihəsində əməkdaşlıq etməkdən çox məmnunuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR