“Akkord”un strukturunda dəyişiklik olub

“Akkord”un strukturunda dəyişiklik olub
# 09 dekabr 2014 10:38 (UTC +04:00)

Bakı - APA-Economics. Ötən il korporasiyadan holdinqə transformasiya olunmaqla bağlı strategiya qəbul edən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus daha iki müəssisə korporasiyanın strukturundan çıxıb.

APA-Economics”in məlumatına görə, noyabr ayının 28-də Vergilər Nazirliyi “Akkord Asfalt” və “Akkord Steel Construction Company” MMC-ləri dövlət qeydiyyatına alıb.

MMC-lərin korporasiyanın strukturundan çıxmasından sonra “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nizamnamə kapitalı 35 min manat azalaraq 74 mln. 112,5 min manat olub.

Qeyd edək ki, “Akkord Asfalt” MMC-nin tərkibinə asfalt istehsalı ilə məşğul olan 5 zavod daxildir.

Xatırladaq ki, cari ilin oktyabr ayında “Akkord Beton” MMC, “Akkord Prefabrik” MMC və “Akkord Mermer Qranit” MMC yaradılıb. Ötən il isə korporasiyanın strukturundan Qazax rayonunda fəaliyyət göstərən sement zavodu çıxarılaraq “Qazax Sement Zavodu” MMC yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR