Cavid Qurbanov dəmir yolları ətrafında qanunsuz tikilmiş evlərin məsələsinə aydınlıq gətirib

Cavid Qurbanov dəmir yolları ətrafında qanunsuz tikilmiş evlərin məsələsinə aydınlıq gətirib
# 10 may 2015 08:13 (UTC +04:00)

APA-Economic”ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

C. Qurbanov bildirib ki, mümkün olan yerlərdən dəmir yolu köçürüləcək, bəzi yerlərdə evlərlə dəmir yolunun arası daş hasarla kəsiləcək, bəzi yerlərdə isə dəmir yolu ilə evlər arasında səsboğucu vasitələr quraşdırılacaq: “Hansı yerdə ki, evlərin köçürülməsi vacibdir, evlərin qiyməti hesablanıb, dövlətə təqdim olunacaq. Dövlət də imkan daxilində həmin vətəndaşların pullarını ödəyəcək və evlər yavaş-yavaş köçürüləcək. Onlar da bizim vətəndaşlarımızdır. Məsuliyyətdən qaça bilmərik, səhv, yaxud düz edib, bu evləri tikiliblər, bu başqa məsələ, ancaq çalaşacağıq ki, onlara yardım edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR