Cəzaçəkmə müəssisəsində qətl törədən şəxsin məhkəməsi başlayıb

Cəzaçəkmə müəssisəsində qətl törədən şəxsin məhkəməsi başlayıb
# 17 mart 2015 11:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində qətl törətməkdə təqsirləndirilən Vüqar Əmrahovun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 30-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində baş verib. Həmin müəssisədə cəza çəkən Vüqar Əmrahovla məhbus Elşən Əliyevlə mübahisə ediblər. Nəticədə V. Əmrahov E. Əliyevə bir neçə zərbə endirib. E. Əliyev xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR