Mina qurbanlarına peşələr öyrədilir - FOTO

Mina qurbanlarına peşələr öyrədilir - <span style="color: red;">FOTO
# 02 may 2013 14:51 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Tərtərdə yaşayan mina qurbanlarına və onların ailə üzvlərinə iki istiqamətdə peşə bacarığı aşılamaq üçün təlimlərə başlayıb.

Assosiasiyadan APA-ya verilən məlumata görə, “Təlimlər Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə AMZA-nın regionda həyata keçirdiyi “Tərtərdə mindan zərərçəkənlərə və onların ailə üzvlərinə peşə bacarıqları aşılamaq üçün təlimlərin keçilməsi” layihəsi çərçivəsində reallaşıb.

AMZA-nın sədri Rey Kərimoğlu bildirib ki, təlimlərə cəlb edilənlər tingçilik və arıçılıq peşələrinin sirlərinə yiyələnəcəklər. Məşğələləri hər iki sahə üzrə kifayət qədər nəzəri və praktik biliyi olan mütəxəssislər aparırlar.

Nəzəri məşğələlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtərdəki regional Peşə və Təlim Mərkəzində aparılır. Burada təlimlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Praktik məşğələlərin isə Tərtər regional Peşə və Təlim Mərkəzinin Kooperativ Təsərrüfatında keçilməsi planlaşdırılıb. Bu təsərrüfatda həm böyük sahəni əhatə edən tingçilik var, həm də arı ailələri becərilir.

Üç ay davam edəcək təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikatlar veriləcək və AMZA regionda onların işlə təmin olunması üçün də lazımi vasitələrdən istifadə edəcək ki, bu da onların sosial vəziyyətlərinin yaxşılaşmasına təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR