Qarsda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib

Qarsda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib
# 09 may 2015 16:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib.

Konsulluqdan APA-ya verilən məlumata görə, baş konsul Ayxan Süleymanlı Qarsın Ərzurum küçəsində ucaldılan Heydər Əliyevin abidəsi önündə keçirilən tədbirdə çıxış edib, Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verib.

Mərasim Baş Konsulluğun inzibati binasında davam etdirilib. Qars Qafqaz Universitetinin professorları - həmyerlilərimiz Hacıəli Nəcəfoğlu və Xurşud İsayev Heydər Əliyevin keçdiyi şanlı həyat yolundan, sovetlər dövründə Azərbaycanın inkişafındakı xidmətlərindən, müstəqilliyin bərpasından sonra ölkənin üzləşdiyi mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyin bərqərar olunmasındakı rolundan danışıblar.

Çıxışlardan sonra Baş Konsulluğun konfrans salonunda təşkil olunan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR