Rusiyanın Tver vilayətində Azərbaycan vətəndaşı bıçaqlanaraq öldürülüb - VİDEO

Rusiyanın Tver vilayətində Azərbaycan vətəndaşı bıçaqlanaraq öldürülüb - <span style="color: red;">VİDEO
# 28 mart 2015 07:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri Tver vilayətinin hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Çoxsaylı bıçaq zərbələri ilə bıçaqlanan Azərbaycan vətəndaşının kimliyi istintaq tərəfindən müəyyənləşdirilir. Qətlə yetirilənin 29 yaşı var.

Məlumatda həmçinin qeyd olunur ki, qətli törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən yayınıb. Onun istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR