BDU-da Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

BDU-da Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 06 may 2015 12:24 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Rektor deyib ki, Heydər Əliyevin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib. Respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Sonra baş nazirin müavini Əli Əhmədov Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev haqqında deyilən hər bir söz onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, gələcək nəsillər üçün Azərbaycanın inkişafına xidmət edən fəaliyyətin tarixə çevrilməsinə verilən qiymətdir.

Tədbirdə akademik Vasim Məmmədəliyev və professor Abuzər Xələfov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR