Yohannes Han: “Avropa İttifaqı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Dağlıq Qarabağ danışıqlarına yardım göstərir”

Yohannes Han: “Avropa İttifaqı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Dağlıq Qarabağ danışıqlarına yardım göstərir”
# 18 mart 2015 13:37 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi brifinqdə Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han bəyan edib.

“Status-kvo”nun qəbuledilməz olduğunu deyən diplomat qeyd edib ki, danışıqların əsas məqsədi problemin sülh yolu ilə nizamlanmasına nail olmaqdır. O həmçinin əlavə edib ki, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında prezidentlər səviyyəsində dialoqun davam etdirilməsini stimullaşdırır.

Y. Han tərəfləri atəşkəs rejiminə əməl etməyə, münaqişənin həlli üçün lazım olan atmosferi yaratmağa çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR