Beynəlxalq koalisiya “İŞİD”in mövqelərinə 30 hava zərbəsi endirib

Beynəlxalq koalisiya “İŞİD”in mövqelərinə 30 hava zərbəsi endirib
# 28 aprel 2015 00:55 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində “İŞİD”in mövqelərinə 30-dan çox hava zərbəsi endirib.

APA-nın “İnterfaks” agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Məlumata görə, Suriyada koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobani və ölkənin şimal-şərqindəki Xaseke şəhərinə 5 zərbə endirib.

İraqda koalisiya qüvvələri “İŞİD”-in əl-Fəluca, Bayci, Mosul, Ramadi və Tal Afar şəhərlərindəki mövqelərinə 26 hava zərbəsi endirib.

Xatırladaq ki, ABŞ və beynəlxalq koalisiyanın təyyarələri 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələr endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR