“Heydər zirvəsi”nə kütləvi yürüşlər keçirilir - FOTOSESSİYA

“Heydər zirvəsi”nə kütləvi yürüşlər keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2015 09:49 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Şahdağ ərazisində qeyri-sabit, qarlı-şaxtalı hava şəraiti müşahidə olunur: “Buna baxmayaraq, yürüş iştirakçıları “Heydər zirvəsi”nə qalxaraq Heydər Əliyevin xatirəsini yad edir. Aksiyaya qoşulanların ildən-ilə artır”.

Məlumatda bildirilir ki, ötən 5 gündə respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan 200-ə yaxın ziyarətçi Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxıb və may ayının 12-dək ümumilikdə 700-ə yaxın ziyarətçinin zirvəyə yürüş edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq, yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 1 may 2015-ci il tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçılıq edir.

Xatırladaq ki, “Heydər zirvəsi”nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 12-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR