Bilik Fondu və Doğu Akdeniz Universiteti arasında niyyət protokolu imzalanıb - FOTO

Bilik Fondu və Doğu Akdeniz Universiteti arasında niyyət protokolu imzalanıb - <span style="color: red;">FOTO
# 25 fevral 2015 10:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Doğu Akdeniz Universitetinin rektoru, professor Necdet Osam və prorektor, professor Hasan Amca ilə görüşüb. Fonddan APA-ya verilən məlumata görə, görüşdə əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə universitetin beynəlxalq əlaqələr şöbəsi ilə Bilik Fondunun Beynəlxalq layihələr sektoru arasında gələcək əməkdaşlığın təməli olan niyyət protokolu imzalanıb.

Fonddan bildiriblər ki, Doğu Akdeniz Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı aparılan müzakirələr bu sahədə nəticələr əldə olunacağına əminlik yaradıb. Azərbaycan multikulturalizmi fənninin tədrisi tələbələrin ölkəmizin mədəniyyəti, tarixi, coğrafiyası, ədəbiyyatı, incəsənəti barədə geniş bilgilər əldə etmələrinə imkan yaradacaq.

Qeyd edək ki, 1979-cu ildən fəaliyyət göstərən Doğu Akdeniz Universitetində dünyanın 75 ölkəsindən tələbə təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR