“Bakı 2015”in mobil tətbiqetməsi istifadəyə verilib

“Bakı 2015”in mobil tətbiqetməsi istifadəyə verilib
# 04 iyun 2015 09:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakı 2015”in rəsmi mobil tətbiqetməsi (application) yükləmək üçün hazırdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu mobil tətbiqetmədən istifadə edən istifadəçilərin yarışlar haqda ən son məlumat və nəticələrlə yanaşı, sosial şəbəkələrə də çıxışı olacaq. “Bakı 2015”in istifadəyə verilən yeni tətbiqetməsində I Avropa Oyunları ilə əlaqədar bütün idman yarışlarından canlı buraxılışları izləmək mümkün olacaq.

Bununla yanaşı, bu tətbiqetmə istifadəçilərin oyunlarla bağlı təəssüratını daha da yaxşılaşdırmaq üçün özündə bəzi xüsusiyyətləri əks etdirir. Belə ki, istifadəçilər yarışların nəticələrindən xəbərdar olmaqla və yarışlardan verilən canlı buraxılışları izləməklə yanaşı, idmançılar və oyunların keçirildiyi obyektlər barəsində səhnə arxası məlumatları da buradan əldə edə biləcəklər. Eyni zamanda tətbiqetmədə 17 gün davam edəcək oyunların yarış cədvəllərinə də yer verilib.

“Bakıda Coşğu” bölməsi Bakı şəhəri və ətrafında baş verənlər haqda sosial şəbəkələr vasitəsilə edilən gündəlik paylaşımları tək mərkəzdə toplayır. Burada idmançı və tamaşaçıların I Avropa Oyunları ərəfəsində yaşadığı macəra dolu həyatı qeyri-adi formada ictimaiyyətə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR