Azərbaycanda qaçqın statusu verilməyən şəxslərin ölkədən göndərilməsini təşkil edəcək orqan müəyyənləşib

Azərbaycanda qaçqın statusu verilməyən şəxslərin ölkədən göndərilməsini təşkil edəcək orqan müəyyənləşib
# 27 aprel 2015 10:45 (UTC +04:00)

Bakı.Ramiz Mikayıloğlu-APA. Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin vəzifələri artırılıb. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda səyahət sənədinin verilməsi üçün təkliflər vermək və barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsini təşkil etmək Miqrasiya Nəzarəti Baş İdarəsinin səlahiyyətləri sırasına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR