İyun ayında “Bakı Dəniz Balıq Limanı” ASC-nin Direktorlar Şurasının yeni tərkibi müəyyənləşəcək

İyun ayında “Bakı Dəniz Balıq Limanı” ASC-nin Direktorlar Şurasının yeni tərkibi müəyyənləşəcək
# 18 aprel 2015 08:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bakı Dəniz Balıq Limanı” ASC-nin növbəti ümumi yığıncağı keçiriləcək.

APA-Economics”in verdiyi xəbərə görə, yığıncaq iyunun 2-də baş tutacaq.

İclasın gündəliyinə isə ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2014-cü il üçün hesabatı, Direktorlar Şurasının tərkibinin yenidən seçilməsi və digər təşkilati məsələlər daxildir.

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin 2014-cü il üçün hesabatı ilə cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR