ARDNŞ bir ildə neft hasilatını artırıb

ARDNŞ bir ildə neft hasilatını artırıb
# 21 avqust 2014 09:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 709,7 min ton neft hasil edilib.

APA-Economics”in ARDNŞ-in statistika rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur. Ötən iyun ayı ilə müqayisədə isə ARDNŞ tərəfindən aparılan neft hasilatı 3,2% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 715,4 min ton, fevralda 651,7, mart ayında isə 741,6 min ton, apreldə 686,2 min ton, mayda 715,9 min, iyun ayın da isə 687,4 min təşkil edib.

Bu ilin yanvar-iyul aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 4 907,9 min ton neft hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 1,12% çoxdur.

Ümumilikdə iyul ayında ölkə üzrə 3 708,2 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,04% çoxdur.

Bu ilin yanvar ayında ölkə üzrə 3 639,2 min ton, fevralda 3 622,5, mart ayında 3 622,5 min ton, apreldə 3 632,5 min ton, mayda 3 707,8 min ton, iyun ayında isə 3 483,9 min ton neft hasil edilib.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında 25 416,6 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin 7 ayı ilə müqayisədə 1,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR