Kuzey Kıbrıs Türk Cümhuriyyətində prezident seçkilərinin ikinci turu keçiriləcək

Kuzey Kıbrıs Türk Cümhuriyyətində prezident seçkilərinin ikinci turu keçiriləcək
# 19 aprel 2015 20:07 (UTC +04:00)

Bakı-APA. Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) bu gün prezident seçkiləri keçirilib.

APA-nın KKTC-nin rəsmi Türk Ajansı Kıbrısa (TAK) istinadən verdiyi xəbərə görə, prezidentliyə namizədlərdən heç biri seçilmək üçün lazım olan nəticəyə nail ola bilmədikləri üçün seçkinin ikinci turu keçiriləcək.

Qeyd edək ki, bu gün keçirilmiş səsvermənin nəticəsinə görə, Dərviş Əroğlu 28,35, Mustafa Akıncı 26,8, Sibel Siber 22,49, Kudret Özersay 21,25 səs alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR