Putin: “Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə bu gün imzalanacaq”

Putin: “Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə bu gün imzalanacaq”
# 23 dekabr 2014 14:59 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə bu gün imzalanacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən iclasında çıxışında deyib.

"Bu gün Qırğızıstanın Avrasiya İttifaqına qoşulması haqqında müqaviləni imzalayacağıq. Avrasiya İttifaqı ilə əməkdaşlığın möhkəmləndirilməsinə digər regionların dövlətləri də maraq göstərir" deyən Rusiya prezidenti Vyetnam, Türkiyə, İsrail və Hindistanın adını çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR